Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək

  • 14:50 - 29 İyun

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov iyunun 30-da Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

Energetika Nazirliyindən Avropa.info-ya bildirilib ki, nazir iyulun 1-2-də OPEC-ə üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşündə iştirak edəcək.

“OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, keçən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısında başa çatır.


Oxunma sayı: 6721

Oxşar yazılar