"Ərdoğan çox çətin siyasətçidir, amma ABŞ-ın ona qarşı ədalətsizlik etdiyini düşünürəm" - Trampdan sensasiyalı açıqlamalar

  • 13:55 - 29 İyun

Ərdoğan mənim baxış bucağımdan çox çətin siyasətçidir. Amma Ərdoğana qarşı ədalətsiz rəftar edildiyini düşünürəm. Çünki, biz onlara ""Patriot" ala bilməzsən" dedik və onlar başqa havadan müdafiə sistemi altından sonra fikrimizi dəyişdik. Mürəkkəb bir məsələdir. Üzərində çalışırıq".

Avropa.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. Tramp ABŞ-ın Türkiyəyə qarşı səhv siyasəti yürütdüyünü etiraf edib.

"Obama rəhbərliyi zamanı Türkiyə bizim "Patriot" raketlərimizi almaq istədi, amma satmadılar. Müttəfiqimiz olmasına baxmayaraq, böyük qoşunu olmasına baxmayaraq onlara qarşı edilən bu addım heç ədalətli deyil. "Patriot" almaq istədilər, amma Obama "yox" dedi. Davamlı "yox" dedilər. Türkiyə də müdafiəsi üçün lazım olan havadan müdafiə sistemini Rusiyadan aldı. Çünki, "Patriot" almasına icazə vermədilər. Məndən əvvəlki hakimiyyət buna icazə vermədi. 

Türkiyə bizdən 116 ədəd F-35 təyyarəsi aldı. Yenə də almaq istəyirlər. İndi də pulunu ödədikləri təyyarələri istəyirlər" - Tramp belə deyib.


Oxunma sayı: 13277

Oxşar yazılar