Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

  • 19:45 - 28 İyun

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov işdən çıxıb. 

"Report" xəbər verir ki, onu Esmira Lətifova əvəz edib.

Yeni şöbə müdiri uzun müddətdir ki, Nazirlikdə çalışır. O, Kanadada magistr dərəcəsi alıb, heyvandarlıq sahəsində İsrail, Niderland və digər Avropa ölkələrindən beynəlxalq seminarlarda və təlimlərdə iştirak edib.


Oxunma sayı: 6193

Oxşar yazılar