Angela Merkel yenə tir-tir əsdi - Video

  • 12:41 - 27 İyun

Yeni ədliyyə naziri Kristin Lambertin rəsmi şəkildə vəzifəyə başlaması ilə əlaqədar paytaxt Berlində keçirilən tədbirdə Almaniya prezidenti Frank Valter Ştaynmayerin yanında dayanan kansler Angela Merkel kameralara tir-tir əsən vəziyyətdə düşüb.

Avropa.info xəbər verir ki, özünə təqdim edilən suyu içməyi rədd edən Merkel yarım saat sonra parlamentə gəldikdə özünü yaxşı hiss edib.

Bu hal 10 gün ərzində artıq ikinci dəfə təkrarlanır. İlk dəfə Ukrayna prezidenti Vladimir Zelenskini Berlində qarşılayan zaman baş vermişdi.

Gün altında dayanan Merkelin tədbir əsnasında tir-tir əsdiyi gözdən yayınmamışdı. Hadisə ilə bağlı verilən açıqlamada, kanslerin yaxşı olduğu, əsmənin bədənin su itkisi üzündən baş verdiyi qeyd edilmişdi.


fs5p7RLsrm8

Oxunma sayı: 6083

Oxşar yazılar