Qiyamçı generala ağır zərbə - Strateji əhəmiyyətli şəhəri itirdi

  • 12:00 - 27 İyun

Liviyada gedən döyüşlərdə general Xəifə Haftarın paytaxt Tripoliyə qarşı hücum mərkəzi kimi istifadə etdiyi Giryan şəhəri Milli Həmrəylik Hökumətinin əlinə keçib.

Avropa.info xəbər verir ki, Haftar qüvvələrinin itkisi 58 ölü, 78 yaralı olub. Bundan əlavə 75 nəfər əsir alınıb. 40 hərbi texnika və silah-sursat MHH-nin əlinə keçib.

Hökumət qüvvələrin 8 hərbçi itirdiyini bəyan edib.


Oxunma sayı: 5159

Oxşar yazılar