“F-35-lər üçün ödədiyimiz pulu tələb edəcəyik” – Ərdoğan

  • 11:33 - 27 İyun

Türkiyə prezidenti Ərdoğan G-20 sammitində iştirak üçün səfər etdiyi Yaponiyada “Nikkei” qəzetinə müsahibə verib.

Avropa.info xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampla keçirəcəyi görüşdə iki ölkə arasındakı böhranın həll olunacağına ümid etdiyi, iyul ayında Trampın Türkiyəyə dəfər edə biləcəyini deyib.

S-400 gərginliyi ilə bağlı ABŞ-ın sanksiya tətbiq etməməsi üçün Trampı razı salıb-salmayacağı barədə suala Ərdoğanın cavabı belə olub:

“G-20 sammitində ABŞ prezidenti Donald Trampla keçirəcəyim görüşün ikitərəfli münasibətləri böhrandan çıxaracağı və əməkdaşlığımızı gücləndirəcəyinə inanıram”.

Ərdoğan F-35 təyyarələrinin Türkiyəyə verilməyəcəyi təqdirdə beynəlxalq məhkəməyə müraciət edəcəklərini bildirib:

“F-35 layihəsi üçün hal-hazırda 1,25 milyard dollar ödədik. Əgər belə səhv hərəkət edərlərsə, beynəlxalq məhkəməyə gedəcəyik. Çünki indiyə qədər ödədiyimiz pulun verilməsini tələb edəcəyik”.


Oxunma sayı: 5709

Oxşar yazılar