Azərbaycan Turizm Bürosu: “İran və Rusiyadakı gərginlikdən səmərəli istifadə etməliyik”

  • 27 İyn - 2019

"Gələcək illərdə turizmin inkişaf etdirilməsi ilə bağlı qarşıya bir neçə məqsəd qoyulub”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib. "Bizim qarşımızda bir neçə çətinlik durur. Amma biz onların öhdəsindən gələcəyik. Biz hazırda geopolitik situasiyadan istifadə etməliyik. Cənub qonşumuz İran və şimal qonşumuz Rusiyada baş verən gərginlikdən səmərəli istifadə etməyi bacarmalıyıq".  

Florian Zenqstşmid Azərbaycanın rus turistləri qəbul etmək potensialının olmaması ilə bağlı iddialara da münasibət bildirib:

"Biz həm keyfiyyət, həm də kəmiyyət cəhətdən rusiyalı turisləri qarşılamaq qabiliyyətindəyik. Bunun üçün hər bir imkanımız var. Bizim üçün ən önəmli olan məsələ müxtəliflikdir. Hazırda ölkədə turzim sahədində müxtəliflik mövcuddur və biz bunun inkişaf etdirilməsi ilə bağlı işləri artırmalıyıq".


Oxunma sayı: 110

Oxşar yazılar