Rusiya sərnişin təyyarəsi yandı – Ölü və yaralılar var (Video)

  • 10:57 - 27 İyun

Rusiyanın “Anqara” hava yolları şirkətinin An-24 təyyarəsi bu səhər motorlardan biri dayandıqdan sonra Buryatiyanın Nijneanqarsk aeroportunda sərt eniş edib.

Avropa.info xəbər verir ki, eniş zamanı təyyarə eniş zolağının kənara çıxıb və ətrafda yerləşən bina ilə toqquşub. Toqquşma sonrası təyyarə yanmağa başlayıb. İki pilot ölüb. Son məlumata görə, yaralıların sayı 21 nəfərə çatıb. 

Təyyarə 1978-ci ildən bəri xidmət göstərir. İstifadə müddəti isə 1 ay əvvəl başa çatıb.


_t8ELi1ZRdc

Oxunma sayı: 9515

Oxşar yazılar