Sosial sığorta ilə bağlı təklif - 35 manat olsun!

  • 10:20 - 27 İyun

Minimum əməkhaqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədəuyğundur.

Avropa.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var. 

"Belə ki, minimum əməkhaqqı məbləği artanda sosial ödənişlər də çoxalır. Fiziki şəxslərin minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədə uyğun olardı. Aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu haqda əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq", - deyə ekspert vurğulayıb.


Oxunma sayı: 14982

Oxşar yazılar