"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi növbəti tədbirini keçirdi – Foto

  • 21:57 - 25 İyun

"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadın və qızların gender əsaslı zorakılığa məruz qalmaması üçün preventiv  tədbirlərin görülməsi məqsədilə maarifləndirmənin təşkili" adlı layihənin icrası davam edir. Layihə çərçivəsində   təşkil olunmuş seminarlar Mingəçevir və Şəmkirdə fəaliyyət göstərən Regional QHT-lərin Resurs və Təlim Mərkəzində keçirildi. 

Hər bolgədən 40 nəfər olmaqla 80 nəfər qız və qadınlar arasında keçirilən seminarlar 4 gün ərzində davam etdi. Seminar zamanı layihənin rəhbəri Nailə İsmayılova layihə haqqında iştirakçılara ətraflı məlumat verdi. Seminarlar layihə üzrə ekspert Nəzakət Balabəyova tərəfindən aparıldı. O, layihənin keçirilmə məqsədini izah edərək bildirdi ki. gender əsaslı zorakılıq cəmiyyətdə müxtəlif fəsadlar törədir və bu fəsadların baş verməməsi üçün ölkə başçısının imzaladığı sərəncama əsasən 2010-cu qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun”nu əsas tutaraq preventiv tədbirlərin görülməsi vacibdir. Seminar zamanı o da qeyd olundu ki, həyata keçirilən layihəqadın və qızlara qarşı zorakılıq hallarında cavab tədbiri xarakterini daşıyan alətlər, xüsusilə, zorakılıq qurbanlarına və ya zorakılıqdan xilas olanlara yönələn maarifləndirmə işləri həyata keçirir. Maarifləndirmə zorakılığa məruz qalmış qadınların öz hüquqlarını bilməsi və tələb etməsi, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, həmçinin zorakılığın təkrarlanmasının qarşısının alınması və bəzi hallarda, zorakılıqla bağlı davranış və stereotiplərin dəyişilməsi üçün cəmiyyətin və ya əhalinin xüsusi təbəqələri ilə işin aparılması baxımından mütləq xarakter daşıyır.

Layihə çərçivəsində hər iki bölgədə anonimlik qorunmaqla əhali arasında şifahi sorğu keçirildi və zorakılığa məruz qalmış qız və qadınlarla fərdi söhbətlər aparıldı. Seminarda Mingəçevir İcra hakimiyyətinin nümayəndəsi Tərlan Əliyeva və Şəmkir icra hakimiyyətinin nümayəndəsi Gülçin Qasımova iştirak etdilər. Hər iki məsul şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə bir aktual mövzuya dəstək verdiyinə görə təşəkkür etdilər.

Daha sonra çay süfrəsi arxasında keçirilən müzakirələr zamanı iştirakçılar həyatda rastlaşdıqları hadisələrdən bəhs etdilər və bu hadisələrin neqativ tərəfləri haqqında danışdılar. Hər seminarın sonunda iştirakçılara simvolik hədiyyələr (gigiyenik kosmetik vasitələr) təqdim olundu. Bunlarla bərabər layihə çərçivəsində çap olunmiş (kitabçalar, bukletlər) layihə iştirakçıları və əhali arasında pulsuz paylanıldı.


Oxunma sayı: 4169

Oxşar yazılar