Nigeriyada silahlıların hücumu zamanı onlarla insan həlak olub

  • 26 İyn - 2019

Nigeriyada silahlıların hücumu zamanıonlarla insan həlak olub.

Bu barədə "Report" "Daily Trust" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Borno ştatında baş verib. "Boko Haram" radikal qruplaşmasının silahlıları ölkənin şimal-şərqindəki Damasak şəhərindən 50 kilometr məsafədəki Nqamqam kəndinə hücum ediblər. Hücum zamanı 20 nəfər öldürülüb.

Nəşr bildirib ki, hücum zamanı sağ qalanlar kəndi tərk ediblər. 

Daha əvvəl Nigeriyada terrorçuların hərbi bazaya hücumu zamanı 15 hərbçi həlak olub. 


Oxunma sayı: 99

Oxşar yazılar