Daşnaklar Xankəndində iclas keçirib nəticələrini Rusiya səfiri ilə müzakirə etdilər

  • 26 İyn - 2019

“Ermənistan-“Artsax” strateji ittifaqı” forumu mayın əvvəlində Xankəndində özünün iclasını keçirib. Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, təşkilat komitəsinin üzvləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfiri kimi Kopırkinə may iclasının nəticələrini təqdim ediblər.

Mənbəyə əsasən, forumun təşkilatçılarından Armen Rustamyan, David Şahnazaryan və Geqam Nazaryan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüblər. Bunu Rustamyanın sədri olduğu “Daşnaksütun” partiyasının rəsmi saytı bildirib.

Bildirildiyinə görə, forumun məqsədi Ermənistanla işğalçı rejim arasında strateji müqavilənin imzalanmasıdır.

Səfirlə görüşdə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlardakı cari vəziyyət müzakirə edilib.


Oxunma sayı: 99

Oxşar yazılar