Daha bir erməni əsgər güllə yarasından öldü

  • 20:58 - 26 İyun

Ermənistan ordusunun hərbçisi Ayk Alaverdyan həlak olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan “Facebook” səhifəsində məlumat verib.

Onun yazdığına görə, əsgərin hansı səbəbdən öldüyü araşdırılır.

“Shamshyan.com” saytı isə insidentin Armavir vilayətində baş verdiyini bildirib. Əsgərin odlu silahdan açılan atəş nəticəsində ölümcül yara aldığı qeyd edilib.


Oxunma sayı: 5258

Oxşar yazılar