Azərbaycan ordusunun silahlanmasında dünyanın ən güclü tank əleyhinə raketi

  • 20:18 - 26 İyun

Rusiya Müdafiə Nazirliyinin “Zvezda” (“Ulduz”) telekanalı tank əleyhinə idarəolunan “Xrizantema-B” raketinin ilk tətbiqini nümayiş etdirib.

Virtualaz.org xəbər verir ki, bu raket 1 metr 20 santimetr qalınlığında polad bloku deşib və mütləq dünya rekordu vurub. İndiyə qədər heç bir digər tank əleyhinə raketin bu qalınlıqda zirehi dəldiyi qeydə alınmayıb.

 

“Xrizantema-B” raketləri BMP-3 zirehli döyüş maşınlarının şassisi üzərində qurşdırılır. Lakin Rsuiya ordusu ilk dəfə raketin vertolyotlardan tətbiqinə başlayıb. Telekanal raketin “Mİ-28HM” vertolyotunun asqısına bərkidilməsi prosesini nümayiş etdirib.

Xatırladaq ki, Azərbaycan 2017-ci ildə Rusiyadan “Xrizantema-S” (ixrac versiyası) tank əleyhinə raket sistemlərinin iri partiyasını alıb və bu sistemlər ordunun silahlanmasına daxil edilib. Bununla da Azərbaycan ordusunun tank əleyhinə döyüş imkanları daha da güclənib. Belə ki, Azərbaycan ordusu İsrailin istehsalı olan “Spike” tank əleyhinə raketlərinin bir neçə tipi ilə silahlanıb, o cümlədən döyüş vertolyotları həmin raketlərlə təchiz edilib.

Rusiyadan alınan “Xrizantema” tank əleyhinə raket sistemləri isə həm stasionar vəziyyətdə, həm hərəkətdə olarkən istənilən hava şəraitində düşmənin zirehli texnikasını uzaq məsafədən aşkar edərək onları dəqiq atəşlə məhv edir.Hərbi analitiklərə görə Azərbaycan ordusunun silahlanmasında yer alan ən müasir və ən güclü tank əleyhinə raket sistemləri potensia hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun zirehli texnikasına döyüş meydanında heç bir şans buraxmayacaq.


Oxunma sayı: 5830

Oxşar yazılar