Kəmaləddin Heydərov və Eldar Əzizov yanğının baş verdiyi əraziyə gəliblər - FOTO (YENİLƏNİB)

  • 14:52 - 26 İyun

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi hadisə yerinə gəliblər.

***

Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verib.

Avropa.info-nun Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

1 / 13

apa
 


Oxunma sayı: 4807

Oxşar yazılar