Pakistanın Bəlucistan əyalətində terror aktı törədilib

  • 19:38 - 26 İyun

Pakistanın Bəlucistan əyalətinin Loralay şəhərində imtahan verməyə hazırlaşan polis dəstəsi yaxınlığında törədilən terror aktında azı iki nəfər yaralanıb.

Avropa.info xəbər verir ki, yaralılar xəstəxanaya çatdırılıb. Hadisəni törədən terrorçu öldürülüb.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, bu il yanvarın 30-da da terrorçularun bu şəhərdə polis dəstəsinə hücumu nəticəsində doqquz polis işçisi öldürülmüş, 21-i isə yaralanmışdı.


Oxunma sayı: 5335

Oxşar yazılar