Misirdə terrorçuların hücumu nəticəsində 6 əsgər öldürülüb

  • 13:38 - 26 İyun

Misirdə, Sinay yarımadasının şimalında terrorçuların hücumu nəticəsində güc strukturlarının 6 üzvü öldürülüb.

Bu barədə “Sky News Arabia” telekanalı ölkənin təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum Şimali Sinayın ən böyük şəhəri olan Əl-Arişadakı 3 nəzarət postlarında törədilib. Atışma zamanı, həmçinin yeddi terrorçu məhv edilib, onlardan ikisinin üzərində kamikadze kəməri aşkar olunub.

 

 

apa


Oxunma sayı: 7128

Oxşar yazılar