Meksikada güclü fırtına iki nəfərin ölümünə səbəb olub

  • 11:00 - 26 İyun

Meksikanın Reynos şəhərində (Tamaulipas ştatı) güclü qasırğa nəticəsində azı iki nəfər ölüb. Şəhərin 57 rayonu qasırğadan ciddi ziyan görüb.

Bu barədə Reynos şəhərinin mülki müdafiə xidmətinin koordinatoru Federiko Peres Losano məlumat yayıb.

Onun sözlərinə görə, ölənlərdən biri su axınında boğulub, digəri isə axına düşən avtomobilindən vaxtında çıxa bilməyib.

 

Qasırğa ilə bərabər orta hesabla 10,5 sm hündürlüyündə yağıntı düşüb, yağış suları avtomobilləri aparıb, bir neçə hospitalın binaları ziyan görüb, evlər su altında qalıb. Şəhər rəhbərliyi sakinlər üçün müvəqqəti sığınacaqlar yaradıb.

 

 

apa


Oxunma sayı: 5412

Oxşar yazılar