Rusiya jurnalist Fuad Abbasovu Azərbaycana deportasiya etdib -Yenilənib

  • 10:20 - 26 İyun

Rusiyadan deportasiya olunmuş azərbaycanlı jurnalist Fuad Abbasov artıq Bakıdadır.

Onu gətirən təyyarə saat 23:11-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Jurnalisti hava limanında ailə üzvləri, dostları və media nümayəndələri qarşılayıblar.

*   *   *21:05

Azərbaycanın Rusiyadakı səfirliyi jurnalist Fuad Abbasovun Rusiyadan deportasiyası ilə əlaqədar məlumat yayıb.

Səfirlikdən virtualaz.org-a daxil olan məlumatda deyilir: "25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altında Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb".

Xatırladaq ki, 20 may 2019-cu ildə Moskva Baş Polis İdarəsi Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun saxlanılması barədə məlumat yaymışdı. Rusiya hüquq-mühafizə orqanları F. Abbasovu, onun ölkədən deportasiyasına dair mayın 7-də Moskva Şəhər Məhkəməsinin qərarı əsasında saxlamışdılar. Bununla yanaşı, məhkəmə jurnalisti Rusiya miqrasiya qanunvericiliyinin pozulmasında günahkar bilmiş və ona 5 min rubl cərimə təyin etmişdi.


Oxunma sayı: 5555

Oxşar yazılar