FTX generalı öz əmlakını dövlətin adına keçirdi? - Adı cinayət işinə qarışdığı üçün

  • 22:35 - 25 İyun

Rusiyalı jurnalist İvan Qolunova qarşı törədilmiş təxribatda əsas şübhəli kimi adı hallanan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva şəhəri və vilayəti üzrə idarəsinin rəisi Aleksey Dorofeyev KİV-də 732 kvadrat metrlik malikanəsi haqqında yazı dərc edildikdən sonra «Lesnaya polyana»dakı həmin əmlakı Rusiya Federasiyasının adına keçirib. Virtualaz.org xəbər verir ki, bu məlumatı Sobesednik nəşri yayıb.

Eyni zamanda, Dorofeyevlə Rusiya Federasiyasının adına həmin əmlakın dövlət qeydiyyatının nömrəsi və mülkiyyət hüququnun yaranması tarixi üst-üstə düşür: bu isə o deməkdir ki, general əmlakı öz əlində saxlamaq istəyib, lakin bunu gizlətməyi üstün tutub. Həmçinin ötən ilin noyabr ayında Aleksey Dorofeyev 1976-cı ildə istehsal olunmuş QAZ-13 Çayka avtomobilini alıb və onu iş yerinin – Bolşaya Lubyanka, 20 ünvanına qeydiyyatdan keçirib.

Ivan Qolunovun Moskvadakı dəfn biznesi haqqında yazısında adı çəkilən FTX podpolkovniki, Dorofeyevin köməkçisi Marat Medoyevin bacısına məxsus olan və «Lesnaya buxta»da yerləşən malikanə naməlum şəxs tərəfindən alınıb ki, həmin şəxs də Rusiya Federasiyasının adı altında gizlənir. Medoyevlərin Kazakov küçəsindəki mənzillərinin qonşuluğundakı daha bir mənzil də Rusiya Federasiyasına məxsusdur.

Dаily Storm nəşrinin baş redaktorunun keçmiş müavini, dəfn biznesi haqqında məqaləsi dərc olunmuş Rostislav Boquşevski Sobesednik nəşrinə danışıb ki, Ritual Dövlət büdcə idarəsinin director müavininin qardaşı Lev Mazaraki ləğv edilmiş Vestinterbank-ın həmtəsisçisi olub və burada onun şəriki hansısa Nikolay Dorofeyev imiş.

"Mənə o vaxt eyham vurmuşdular ki, bu, Aleksey Dorofeyevin əmisi oğludur, lakin bunu təsdiq edən heç nə tapmadım", - jurnalist izah edir. Sobesednik nəşrinin ixtiyarında olan bank sənədlərində deyilir ki, Nikolay Dorofeyev 1988-ci ildə DTK-nın Ali məktəbini zabit kimi bitirib və alman dilini bilir. Buna görə də, onu Aleksey Dorofeyevin qohumu olmasa da, ən azı onun həmkarıdır.

O ki qaldı Lev Mazarakiyə, ötən həftə məlum olub ki, o, Moskvanın ən bahalı hissəsi sayılan Rublyovkada nəhəng malikanə tikir və maraqlıdır ki, həmin torpaqlar əslində bağçılıq üçün nəzərdə tutulub. Lev Mazarakinin arvadı Anastasiya isə Moskva vilayətinin başqa bir qəsəbəsində Aleksey Dorofeyevin qonşusu çıxıb.

Novaya qazeta güman etdiyini bildirib ki, Qolunovun həbsinin arxasında yüksək vəzifəli məmurların siyasi intriqaları və onların nəzarəti altında olan güc strukturları əməkdaşlarının bacarıqla həyata keçirdikləri operativ iş durur. Nəşrin bildirdiyinə görə, bu, Rusiyanın güc klanlarının öz aralarındakı müharibəsinin nəticəsi olub ki, Dorofeyevlə Medoyev də həmin klanlardan birinin üzvləridir. Digər klanın nümayəndəsi isə Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin saxlanılmasında iştirakı ilə məşhur olan FTX şəxsi təhlükəsizlik idarəsi rəisinin keçmiş müavini Oleq Feoktistovdur. Qəzet güman edir ki, Oleq Qolunovun sadəcə olaraq bəxti gətirməyib, belə ki, dəfn biznesi haqqında yazısına başladığı vaxt güs strukturlarında vacib yerdəyişmələrin planlaşdırıldığı vaxtla üst-üstə düşüb. FTX-nin iqtisadi təhlükəsizlik idarəsinin rəisi Sergey Korolyov Xidmətin direktorunun birinci müavini vəzifəsinə təyin edilməli idi. Lakin Qolunovun adı ilə bağlı nəhəng qalmaqaldan sonra Korolyovun adı hərbi rütbələrin verilməsi haqqında president fərmanı layihəsindən silinib.


Oxunma sayı: 6193

Oxşar yazılar