Pakistan prezidenti Azərbaycana səfərə dəvət olunub

  • 25 İyn - 2019

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin prezidenti Arif Alvi ilə görüşüb.

“Report” DND-yə istinadən xəbər verir ki, görüş zamanı dövlət başçısı Azərbaycanla qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verdiklərini qeyd edib.

“Biz müştərək dini, mədəni mirası bölüşürük. Pakistan Azərbaycanla hər iki xalqın xeyrinə münasibətlərini daha da gücləndirməyə çalışır. Fikrimcə, iqtisadi əməkdaşlıq sahəsində ticarət dövriyyəsini daha da artırmaq, enerji və turizm sektorlarına sərmayə yatırmaq baxımdan hələ böyük imkanlarımız var”, - prezident A.Alvi vurğulayıb.

Pakistan iqtisadiyyatının müxtəlif sahələrində əlverişli sahibkarlıq mühitinin olduğunu bildirən səfir Ə.Əlizadə həmçinin dövlət başçısına Azərbaycana səfər etməsi üçün Prezident İlham Əliyevin rəsmi dəvətnaməsini təqdim edib.


Oxunma sayı: 594

Oxşar yazılar