Azərbaycanın 6 hərbçisinə general rütbəsi təqdim olunub - VİDEO

  • 21:22 - 25 İyun

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb. 

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib. 

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.


gBaTIXD0qLs

Oxunma sayı: 9526

Oxşar yazılar