Ukraynalı oliqarx ABŞ-a ekstradisiya edilir

  • 21:05 - 25 İyun

Ukraynalı biznesmen Dmitri Firtaş ABŞ-a ekstradisiya ediləcək. 
 

Bu məlumatı “Röyter” yayıb. Məlumata görə, Firtaşın ekstradisiya haqqında qərarı Avstriya Ali Məhkəməsi qəbul edib. 

Qeyd edək ki, Firtaş FTB tərəfindən Hindistanda titan yatağının işlənilməsinə izni korrupsiya yoluyla əldə etməkdə ittiham olunub. O, Hindistan məmurlarına 19 milyon dollar verməkdə günahlandırılır. 

Firtaş Ukraynanın ən böyük oliqarxlarından sayılır. Ukrayna mətbuatı onun uzun illər Ukraynanın dövlət siyasətinə birbaşa təsir imkanlarına malik olduğunu qeyd edir.

 

axar.az


Oxunma sayı: 7106

Oxşar yazılar