Samir Nuriyev: “Bakının Baş planında tarixi və mədəniyyət abidələrinin qorunması əksini tapıb”

  • 19:40 - 25 İyun

“Bakı şəhərinin Baş planı icra prosesindədir. Baş planda Bakının inkişafı ilə bağlı 4 prioritet istiqamət müəyyənləşdirilib”. 

Bunu APA-ya açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. 

Onun sözlərinə görə, bu prioritet istiqamətlərdən biri Bakı şəhərində milli və mədəni irsin, o cümlədən tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlıdır. 


S. Nuriyev deyib ki, Bakı və Bakıətrafı ərazilərdə bu qəbildən olan 2000-dən çox tarixi və mədəniyyət abidəsi var, Baş planda onların qorunması və restavrasiyası öz əksini tapıb.


Oxunma sayı: 5269

Oxşar yazılar