Gürcüstanda dollar və avro bahalaşıb

  • 18:48 - 25 İyun

Gürcüstanda ABŞ dolları milli valyuta olan lariyə nisbətdə bahalaşıb. 

 Gürcüstan Milli Bankının iyunun 26-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,8333 lari təşkil edəcək. 

Bugünkü məzənnə ilə müqayisədə ABŞ dollarının qiyməti 0,0388 lari artıb. 

Avronun da dəyərində artım qeydə alınıb. Belə ki, 1 avronun qiyməti bugünkü məzənnə ilə müqayisədə 0,0422 lari bahalaşaraq 3,2260 lari təşkil edib. 


Oxunma sayı: 10142

Oxşar yazılar