Almaniyanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

  • 18:12 - 25 İyun

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab diplomatik missiyasını başa vuraraq vətənə qayıdıb.

Avropa.info report-a istinadən xəbər verir ki, o, bu barədə videomüracətində deyib.

“Sizinlə vidalaşmalıyam. Azərbaycanda üç illik diplomatik fəaliyyətim dövründə gözəl ölkənizlə yaxından tanış oldum. Hər yerdə insanlar məni mehriban qarşılayırdılar, ölkəmə qarşı sevgi hiss edirdim. Siyasi və iqtisadi təmaslar vasitəsilə, habelə təhsil proqramları vasitəsilə ölkələrimizi yaxınlaşdırmaq mənim üçün olduqca xoş olub. Mənə qarşı səmimiyyətiniz üçün sağ olun!”, - diplomat bildirib.

Xatırladaq ki, Mixael Kindsqrab 2016-cı ildən Almaniyanın Azərbaycandakı səfiri işləyirdi.


Oxunma sayı: 4829

Oxşar yazılar