Təcili: Köçəryan yenidən həbs edildi

  • 16:38 - 25 İyun

Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın həbs edilməsi ilə bağlı qərar verib.

Məhkəmə onun barəsində çıxarılmış, lakin sonradan ləğv ediliş həbs qərarını bərpa edib.

Eyni zamanda, Apellyasiya məhkəməsi işə yenidən baxılması üçün əvvəlki instansiya məhkəməsinə göndərib.

Qeyd edək ki, R.Köçəryan, 2008-ci ildə baş vermiş hadisələrlə əlaqədar konstitusiya quruluşunun devrilməsində ittiham olunur.


Oxunma sayı: 6259

Oxşar yazılar