Bakıda müştəri taksi sürücüsünü qarət etdi

  • 16:35 - 25 İyun

Bakıda taksi sürücüsü qarət olunub. Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Qurbanov Əkbər Hidayət oğlunun taksi kimi istifadə etdiyi "Opel" markalı avtomobilə müştəri qismində tanımadığı şəxs əyləşərək Yasamal rayonuna sürməyi xahiş edib.

Naməlum şəxs Yasamal rayonu, M.Fətəli küçəsi 107 ünvanının qarşısında düşərkən avtomobilin saxlanc yerində olan 38 manatı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)


Oxunma sayı: 5170

Oxşar yazılar