Əkrəm İmamoğlu əmlak deklarasiyasını açıqladı – Foto

  • 25 İyn - 2019

Əkrəm İmamoğlu əmlak deklarasiyasını açıqladı – Foto 

İstanbul bələdiyyəsinin sədri seçilən Əkrəm İmamoğlu və arvadı Dilək İmamoğlu əmlak deklarasiyasını açıqlayıblar. 

Avropa.info xəbər verir ki, İmamoğlu ümumi qiyməti 5 milyon lirə olan daşınmaz əmlakının olduğunu bəyan edib. Bununla yanaşı onun 254 min lirə dəyərində “Volkswagen” markalı avtomobili, 8 min lirə dəyərində “Sigsasuer” markalı silahı, “Ziraat”bankında 979 min lirə, “Qaranti” bankında 418 min 869 lirəsi, 841 min lirə dəyərində zinət əşyası deklarasiyada göstərilib.

İmamoğlu Hüseyn Tütünçüyə 140 min avro, “İmamoğlu San. Tic. A.Ş”.-ə 250 min lirə sərməyə borcu və Həsən İmamoğluna da 1 milyon 913 min lirə borcunu olduğunu açıqlayıb. SSB “Qayrimenkul”dan da 3 milyon 603 min lirə alacaq pulunun olduğunu deyib.

Əkrəm İmamoğlunun “İmamoğlu San. Tic. A.Ş.” şirkətində 4 milyon 200 min lirə dəyərində 60 hissəsi, SSB “Qayrimenkul”da 100 min lirəlik payı var. 

O, atası Həsən İmamoğlunun da əmlak deklarasiyasını bəyan edib. 


Oxunma sayı: 605

Oxşar yazılar