Gürcüstanda Ermənistan vətəndaşı saxlanıldı

  • 16:10 - 25 İyun

Gürcüstanda Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.

1977-ci il təvəllüdlü şəxsə məxsus “hoverboard”da 500 qram kokain narkotik vasitəsi aşkar olunub.

Ermənistan vətəndaşı Rusiyadan Ermənistana gedən avtobusun sərnişini olub.

Məlumata əsasən, avtobusda 50-yə yaxın Ermənistan vətəndaşı olub. Onlar Yerevana digər avtobusla yola salınıblar.

Faktla bağlı narkotik vasitələrin qanunsuz daşınması maddəsi üzrə cinayət işi açılıb. Ermənistan vətəndaşını 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.(report.az)


Oxunma sayı: 5313

Oxşar yazılar