Şagirdlərin yerdəyişməsi üzrə ərizə qəbulu dayandırılır

  • 15:24 - 25 İyun

Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.

Təhsil Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, bu istiqamətdə görülən işlərlə əlaqədar avqustun 1-dək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.

Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.


Oxunma sayı: 4719

Oxşar yazılar