“Bu məsələdə Fransanın danışmaq haqqı yoxdur” - Ərdoğandan vacib açıqlamalar

  • 15:06 - 25 İyun

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu AKP-nin qrup iclasında vacib açıqlamalarla çıxış edib.

Avropa.info xəbər verir ki, o, S-400 sistemlərinin gələn aydan etibarən Türkiyəyə təhvil veriləcəyini deyib:

“Təhlükəsizlik ehtiyacları məsələsində fərqli alternativlərə qapımızı daim açıq olub. Türkiyə bu məsələdə icazə istəmək, hələ-hələ təzyiqlər qarşısında əyiləcək vəziyyətdə deyildir. S-400 məsələsi birbaşa suverenliyimizlə əlaqəli məsələdir və bununla bağlı geri addım atmayacağıq”.

Ərdoğan Çin və ABŞ arasında davam edən ticarət müharibəsini hər kəs üçün qazanca çevirəcək bütün cəhdlərə dəstək verdiyini, dünya miqyasında islam dininə, müsəlmanlara və türklərə qarşı aparılan düşmənçilik siyasətinə qarşı çıxdığını bildirib.

O, Türkiyənin terrorla mübarizə sahəsində uğurlar qazandıqlarını, Öcalanın məktubunun ictimaiyyətə açıqlamasından sonra terror təşkilatının daxili və regional siyasətində ciddi fikir ayrılıqlarının ortaya çıxdığını deyib.

Türkiyə prezidenti təzyiq və etirazlara baxmayaraq, şərqi Aralıq dənizi hövzəsində təbii neft-qaz axtarışı fəaliyyətlərini davam etdirəcəyini bildirib. 

“Bu hövzədəki neft-qaz axtarışı fəaliyyətləri məsələsində türklərin və Kipr türklərinin haqlarını heçə sayan cəhdlərə əsla icazə verməyəcəyik. Keçmişdə bizim belə qazma, axtarış gəmilərimiz yox idi. Ancaq kirayə sistemi ilə dünyada axtarıb tapıb, gəlib bu işi aparacaqdın. 

Ancaq indi həm axtarış, həm qazma gəmiləri olmaqla 4 belə gəmiyə sahib olduq. Bu gəmilərimizlə Aralıq dənizinin fəaliyyətimizi davam etdirəcəyik”.

Yunanıstan baş naziri özünə görə bir şeylər deyir, nə deyirsə, desin... Bizim orada haqlarımız var. Eyni formada bu haqlarımızı qorumaq naminə həm axtarış, həm qazma gəmilərimiz fəaliyyətini davam etdirəcək. Silahlı qüvvələrimiz lazımi tədbiri aldı, alır və alacaq. Ölkəmizdə guya siyasətlə məşğul olanlar nə üçün belə addımlar atırıq kimi tənqidlər edirlər, edə bilərlər. Amma bunların belə dərdi yoxdur”.

Ərdoğan Fransanın Kipr məsələsi ilə bağlı danışmağa haqqının olmadığını da deyib:

“Bir şeyi hər zaman dedim. Bura ilə bağlı Fransanın deyəcək heç bir şeyi yoxdur. Türkiyə danışa bilər, çünki təminatçı ölkədir. Yunanıstan danışar, təminatçıdır. İngiltərə danışar, təminat verən ölkədir. Amma Fransa sən danışa bilməzsən, sənin belə bir səlahiyyətin yoxdur. Dəniz suları ilə bağlı maraqlı tərəflər varsa, onların da deyə biləcək bir şeyləri ola bilər. Kiprə gəlincə müstəqilliyinə təminat verən üç ölkə var. Ancaq bu ölkələr danışa bilər”. 


Oxunma sayı: 6171

Oxşar yazılar