“S-400-lər ən qısa vaxt ərzində Türkiyəyə təhvil veriləcək” – Rus nazir

  • 14:04 - 25 İyun

“Türkiyə S-400-lərin alınması məsələsində möhkəm və güzəştsiz mövqe nümayiş etdirir. S-400-lərin ilk təhvili qısa vaxt ərzində başlayacaq”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov çıxış edib. 

Manturov İnterfaksa verdiyi müsahibədə bir çox ölkənin S-400 HHM sisteminə maraq göstərdiyini deyib.

“S-400-lərin Türkiyəyə ilk təhvili qısa vaxt ərzində başlayacaq. Türkiyə və Rusiya arasındakı hərbi-texniki sahədə əməkdaşlıq və tətbiqi müsbət yöndə irəliləyir və həyata keçirilməsi üçün çalışırıq” – o, belə deyib.


Oxunma sayı: 5478

Oxşar yazılar