Ruhani: “Bir ölkənin ən yüksək rəhbərinə qarşı sanksiya tətbiq etmək kobudluqdur”

  • 13:32 - 25 İyun

“Bir ölkənin ən yüksək rəhbərinə qarşı sanksiya tətbiq etmək kobudluqdur”.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ABŞ prezidentinin İranın Ali lideri Ayətullah Xameneiyə sanksiya tətbiq etməklə bağlı qərarına münasibət bildirərkən deyib.

İran prezidenti deyib ki, ABŞ İrana qarşı atdığı addımlardan nəticə əldə edə bilmir:  “Əgər siz müzakirələr aparmağı təklif edirsinizsə, XİN rəhbərinə necə sanksiya tətbiq edirsiniz? ABŞ-ın müzakirə aparmaq niyyəti yoxdur. Bu ölkənin məqsədi İranı çökdürməkdir və buna nail olmayacaqlar”.

ABŞ –ın pilotsuz təyyarəsinin vurulmasından danışan H.Ruhani  qeyd edib ki, bu növ pilotsuz təyyarələr  yüksəklikdə uçuş həyata keçirdiyi üçün hərbi qaydalara görə vurulması və aşkarlanması asan deyil.  “Ölkənin hava sərhədini pozan kimi bir neçə xəbərdarlıqdan sonra həmin təyyarəni vurduq. Bu işi yerli istehsal olan HHM sistemləri ilə görmüşük”.


Oxunma sayı: 4488

Oxşar yazılar