Son 20 ildə Azərbaycanda iyun ayı üçün rekord isti qeydə alındı

  • 12:11 - 25 İyun

"Dünən Azərbaycanda 37 dərəcə isti qeydə alınıb. Bu, son 20 ildə iyun ayı üçün rekord göstəricidir".

Avropa.info xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

M. Babayev iyun ayında Azərbaycanda 37 dərəcə istinin qeydə alınmasını iqlim dəyişikliyinin təzahürü kimi qiymətləndirib. O vurğulayıb ki, son 30 ildə Azərbaycanda havanın orta temperatur göstəricisi 1.4 dəfə artıb: "Hesab edirəm ki, bu çox dramatik artımdır. Bunun da iqtisadiyyatın digər sahərinə təsiri çox yüksəkdir".


Oxunma sayı: 9416

Oxşar yazılar