Atambayevin toxunulmazlığı ləğv edildi – Sabiq prezident həbs oluna bilər

  • 12:02 - 25 İyun

Qırğızıstan Baş Prokurorluğu sabiq prezident Almazbek Atambayevin toxunulmazlığının ləğv olunması ilə bağlı parlament deputatlarının təklifini qəbul edib.

Avropa.info xəbər verir ki, bu barədə parlamentin iclasında ölkənin baş prokuror Otkurbek Cəmşidov açıqlama verib. Prokurorun sözlərinə görə, Atambayev torpaq sahələrinin satılması, korrupsiya, kriminal avtoritet Əziz Batukayevin azadlığa buraxılması kimi cinayətlərdə ittiham olunur. 

Qeyd edək ki, 13 iyunda Qırğızıstanda sabiq prezidentin toxunulmazlığının götürülməsi ilə bağlı parlament komissiyası yaradıldı. Komissiyaya parlamentin 6 fraksiyasının hamısının üzvləri daxil olmuşdu. Bir neçə gün sonra isə komissiya Atambayevin immunitetinin ləğvi barədə əsasın olduğunu bəyan edib və qərar deputatların hamısı tərəfindən dəstəklənib.

Baş prokurorluğun verdiyi qərardan sonra qanuna uyğun olaraq deputatlar bu məsələni yenidən səsverməyə qoymalıdırlar. Parlament bu proseduranı üç ay ərzində başa çatdırmalıdır. Əks təqdirdə irəli sürülən ittihamlar qüvvəsini itirəcək.


Oxunma sayı: 5907

Oxşar yazılar