“İranı Konqresin razılığı olmadan da vura bilərəm” – Donald Tramp

  • 11:42 - 25 İyun

ABŞ prezidenti Donald Tramp İrana zərbə endirmək üçün ona Konqresin razılığının lazım olmadığını bəyan edib.

Avropa.info xəbər verir ki, Tramp “The Hill” portalına müsahibəsində Ağ Ev administrasiyasının öz addımları və İranla bağlı vəziyyət barədə Konqresi operativ şəkildə məlumatlandırdığını bildirib.

“Düşünrəm ki, Konqres bunu qiymətləndirəcək. Mən onların nəzərinə çatdırmaq istəyirəm ki, qanuna görə bunu etmək məcburiyyətində deyiləm”- Tramp deyib.

Beləliklə, ABŞ prezidenti hərbi əməliyyatlar keçirmək üçün Trampın Konqresin razılığını almalı olduğunu səsləndirən Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə razı olmadığını bildirib.

Tramp İranla müharibənin başlaması səlahiyyətləri ilə bağlı sualına “Bəli, mənim belə səlahiyyətlərim var” cavabı verib.

O, İrana zərbə endirmək qərarına çox yaxın olduğunu, lakin bunun proporsional cavab olmadığı üçün etmədiyini bildirib.


Oxunma sayı: 5544

Oxşar yazılar