Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 11:00 - 25 İyun

Prezident İlham Əliyev Əməkdar artist Sənubər İsgəndərliyə mənzil hədiyyə edib.  Avropa.info xəbər verir ki, bu barədə tanınmış aktrisanın özü sosial şəbəkədə məlumat verib. 

S. İsgəndərli feysbukda ölkə başçısına minnətdarlığını bildirib: “Möhtərəm Cənab Prezident. Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun”.


Oxunma sayı: 5170

Oxşar yazılar