Ərəb gənclərin ən çox sevdiyi lider Ərdoğandır : 51 faizlə ilk yeri tutdu - BBC telekanalından sensasiyalı sorğu

  • 10:50 - 25 İyun

İngiltərənin BBC telekanalının ərəb ölkələrində gənclər üzərində apardığı tədqiqat maraqlı nəticələr ortaya çıxarıb.

Avropa.info xəbər verir ki, Ərəb Barometr şirkətinin 2018-2019-cu illərdə Tunis, Əlcəzair, Sudan, Fələstin, Mərakeş, İordaniya, Livan, İraq, Yəmən və Liviyada apardığı araşdırmada 25 min gənc iştirak edib.

Araşdırmanın ən maraqlı nəticəsi isə ən çox bəyənilən liderlər sualından çıxıb. Ərəb gənclərin 51%-i bu suala Ərdoğan cavabı verib, Ərdoğanı 28%-lə Putin izləyir, üçüncü yerdə isə 12%-lə Donald Tramp gəlir.

Ən populyar liderlər sorğusunda Ərdoğan Misir, Liviya və Livanda Putindən geridə qalarkən, Sudan, İordaniya və Fələstində Ərdoğana pərəstiş edənlərin sayı 75%-i keçib. Bu nisbət Yəmən, Tunis, Mərakeş və Əlcəzairdə 50%-dən yuxarı oldu.

Ərəb gənclər ən təhlükəli ölkə kimi İsrailin adını çəkiblər. İraq və Tunis gəncləri isə ilk sırada ABŞ-ı təhlükə kimi gördüklərini bildiriblər. Livan, Fələstin, Sudan və İraqda suala cavab verən respondentlərin bir hissəsi ABŞ-ı təhlükəli dövlət saydıqlarını deyiblər.


Oxunma sayı: 5984

Oxşar yazılar