Belçikanın nüfuzlu qəzeti Azərbaycandan yazdı – Fotofakt

  • 10:43 - 25 İyun

"Belçikanın tanınmış “Het Belanq Limburq” qəzeti Ham bələdiyyəsinin üzvlərinin Azərbaycan Belçikadakı səfirliyini ziyarət etməsindən, bələdiyyənin Azərbaycanla dostluq əlaqələrinin inkişafı və iki ölkə arasında atılan addımlara diqqət çəkib. 

Bu barədə Avropa.info-ya diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. 

Qəzet daha sonra Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin Ham bələdiyyəsi ilə əlaqələrinə, Azərbaycanla bağlı gördüyü işlərə də yer ayırıb. 

“Ayhan Dəmirçinin fəaliyyətləri nəticəsində Ham bələdiyyəsində Azərbaycandan Qarabağ atının abidəsi hədiyyə edilmişdi. Abidə bələdiyyənin bağçasında yerləşir. Keçən ay Azərbaycan Cümhuriyyətinin 101-ci illiyi Azərbaycan səfirliyində qeyd edilib. Limburqdan da bir çox insan Ayhan Dəmirçiyə yoldaşlıq edərək,tədbirdə iştira ediblər. Brüsseldə Azərbaycan səfirliyində təşkil edilən bayram törənində səfir Fuad İsgəndərov və Azərbaycanın NATO-dakı nümayəndəsi Qaya Məmmədov qonaqları qəbul ediblər. Çıxışlardan sonra Azərbaycan musiqisi və mətbəxinin təamları təqdim edilib”,-deyə qəzet yazır.


Oxunma sayı: 4004

Oxşar yazılar