Lenta.ru Azərbaycan xalqından üzr istədi

  • 10:18 - 25 İyun

Rusiyanın lenta.ru portalı Azərbaycan xalqından üzr istəyib.   

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. 

Bildirilib ki, 23 iyun 2019-cu il tarixində “Lenta.ru” saytında Konstantin Dvoretskinin "Они заводят любовников втайне от мужа и хвастаются подругам" başlıqlı məqaləsi dərc olunub:   Qeyd olunub ki, bununla bağlı aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.   

"Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib". 


Oxunma sayı: 5852

Oxşar yazılar