Göyçayda "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyaları" mövzusunda tədbir keçirilib

  • 25 İyn - 2019

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Göyçay rayonunda “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğinə dair təşəbbüslər” mövzusu üzrə “Məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi” lahiyəsi ilə əlaqədar 10,11,12 və 13 iyun 2019-cu il tarixlərdə 4 günlük təlimlər keçirib.

Layihənin məqsədi – məktəblilər arasında milli-mənəvi dəyərlərin tərkib və əsas hissəsi olan vətənpərvərlik hisslərinin gücləndirilməsidir.

Təlimlərdə Göyçay rayon Z.Bünyadov adına 3 №li tam orta məktəb, Nizami adına 7 №li tam orta məktəbin şagirdləri iştirak etmişdir. Təlim/seminarlar təlimçi Nailə İsmayılova tərəfindən keçirilmişdir. Təlimlərin əsas mövzusu – Təlimlərdə məqsəd – yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi üçün səmərəli üsullarının tətbiqi, bu sahədə müsbət təcrübənin öyrənilməsi, Göyçay rayon gənclərinin vətənpərvərlik hissləri ilə bağlı biliklərinin artırılması, onların arzu və təkliflərini öyrənməkdir.

Açıq diskussiya şəraitində keçən təlimlərdə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirildi.Təlimlər zamanı müxtəlif müzakirələr aparıldı. Təlim iştirakçıları seminarın sonunda öz suallarını verib birbaşa tövsiyələr aldı. Onların bilik testləri ilə (hər bir iştirakçıya qiymətləndərmə vərəqələri paylanıldı) təlimin məzmununun qavranılma səviyyəsi ölçülərək hesabata əlavə olundu.


Oxunma sayı: 495

Oxşar yazılar