Şirməmməd Hüseynovun dəfn olunacağı yer müəyyənləşdi

  • 10:00 - 25 İyun

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovun dəfn olunacağı yer müəyyənləşib.

Avropa.info "Report"un məlumatına görə, Ş.Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, saat 11:00-dan 13:00-dək Ş.Hüseynovla BDU-da vida mərasimi keçiriləcək. 

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.


Oxunma sayı: 5269

Oxşar yazılar