Türkiyədə daha dörd təhlükəli terrorçu məhv edildi

  • 22:22 - 24 İyun

Türkiyənin təhülkəsizlik qüvvələri ölkənin Tunceli vilayətinin mərkəzi bölgələrində “Yavuz Sonat Güzel-365” şərti ad altında uğurlu antiterror əməliyyatı keçiriblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, son iki gündə davam edən bu əməliyyatda “Hakkı Çemişgezek" ləqəbli Cihan Çelebi, "Sidar" ləqəbli Mazlum Atar, "Adnan Piro" ləqəbli Mahmut Alınbay və "Rızgar" ləqəbli Abdulkerim Avras məhv edilib. Öldürülən terrorçuların dördü də Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub. Cihan Çelebinin ələ keçirilməsi üçün 600 min lirə (təxminən 106 min ABŞ dolları), digərlərinin tapılmasına isə 300 min lirə (təxminən 53 min ABŞ dolları) vəsait ayrılmışdı.


Oxunma sayı: 5357

Oxşar yazılar