İspaniyada məscid atəşə tutuldu

  • 21:47 - 24 İyun

İspaniyanın Seuta şəhərindəki “Muley əl-Mehdi” məscidinə naməlum şəxs və ya şəxslər tərəfindən hücum olub.

Haber7-nin məlumatına görə, hücum insanların namaz qıldığı vaxt baş verib.

İnsident zamanı məscidə silahdan dörd dəfə atəş açılıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Yeri gəlmişkən, Seuta Mərakeşin tərkibində olsa da, İspaniyaya mənsubdur. Əhalisinin 43 faizini müsəlmanlar təşkil edir.


Oxunma sayı: 5126

Oxşar yazılar