Almaniyada iki qırıcı təyyarə havada toqquşub

  • 18:52 - 24 İyun

Bundesferin iki “Eurofighter” tipli qırıcı təyyarəsi Almaniyanın Meklenburq-Ön Pomeraniya federal torpağının səmasında toqquşub. 

Almaniyanın Daxili İşlər Nazirliyi hadisə barədə məlumatı təsdiqləyib. 

Pilotların katapultdan istifadə etdikləri bildirilir. Hələlik onların yeri məlum deyil. Hadisənin baş verdiyi ərazidə yanğın başlayıb. Yanğınsöndürənlər və xilasedicilər hadisə yerinə yollanıb. 

Dördüncü nəsil çoxməqsədli “Eurofighter” təyyarələri Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Səudiyyə Ərəbistanı, Avstriya və Omanın Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub. 2003-cü ildən başlayaraq, bu təyyarələr NATO-nun demək olar ki, bütün əməliyyatlarında iştirak edib.


Oxunma sayı: 11957

Oxşar yazılar