İrana qarşı sanksiyalar yalnız bu halda götürülə bilər

  • 17:41 - 24 İyun

ABŞ İrana qarşı sanksiyaları o halda ləğv edər ki, yeni hərtərəfli müqavilə bağlansın.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk çıxış edib. 

“Yeni müqavilə həqiqətən hərtərəfli olmalı, nüvə probleminin, ballistik raketlər problemini, o cümlədən insan haqlarını ehtiva etməlidir” – deyən Huk, yalnız bu halda sanksiyaların tam ləğv olunaraq, İranla diplomatik münasibətlərin bərpa olunmasını mümkün sayıb.

Huk hazırda Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqi davam etdirdiyini qeyd edib. Bununla yanaşı ABŞ danışıqlar aparmaq imkanını özündə saxlayır. 


Oxunma sayı: 5984

Oxşar yazılar