Çavuşoğlu: “NATO-nun Türkiyəni qorumasını gözləyə bilmərik”

  • 16:52 - 24 İyun

“Bizim S-400-ün satın alınmasından vaz keçməyimiz mümkün deyil. Sabah Türkiyəyə hücum olduğu təqdirdə NATO-nun Türkiyəni qorumasını gözləyə bilmərik”.

Avropa.info xəbər verir ki, bu sözləri Ruanda XİN başçısı Riçard Sezibera ilə keçirilən birgə mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hansı sanksiya qərarı olursa-olsun, hansı açıqlama gəlirsə-gəlsin biz S-400-ü aldıq. Artıq Türkiyədə nə vaxt təhvil veriləcəyi müzakirə olunur. Bununla bağlı lazımi fəaliyyətlər aparılır. Bizim S-400 almaqdan vaz keçməyimiz mümkün deyil. Sabah Türkiyəyə hücum olduğu təqdirdə NATO-nun Türkiyəni qorumasını gözləyə bilmərik. Müttəfiqlərimizə baxdıqda sərhədimizdəki “Patrot”ları götürüb aparanlar ABŞ, İtaliya, Hollandiya idi... Sabah “Patriot” almağın qarantiyası yoxdur. Bu hücum raketi deyil ki. Öz ehtiyacımızı ödəmək məcburiyyətindəyik. Kaşki müttəfiqlərimizdən ala bilsəydik. Bu məsələ haqqında prezidentimiz Trampla danışacaq. ABŞ-dan hər məsələdə olduğu kimi fərqli səslər gəlir” – Çavuşoğlu belə deyib. 


Oxunma sayı: 9152

Oxşar yazılar