Lənkəranda istidən 7 tələbə qızın halı pisləşdi

  • 16:15 - 24 İyun

Bu gün səhər təxminən saat 11-də Lənkəran Dövlət Universitetində imtahan zamanı 7 tələbə qızın halı pisləşib, onlar fasilələrlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, tələbə qızlara ilkin tibbi yardım göstərilib, bir neçəsinin vəziyyəti yaxşılaşdığından evə buraxılıb.

“Bu gün səhər bir neçə tələbənin halı pisləşib, xəstəxanaya yerləşdiriblər. Beləliklə, fasilələrlə 7 tələbə qız gətirilib. Onlara ilkin tibbi yardım göstərilib”, - mətbuat xidmətindən əlavə ediblər.

Tələbələrin səhhətinin pisləşməsi havanın isti olması ilə əlaqələndirilir.


Oxunma sayı: 6358

Oxşar yazılar