PKK-lı "jurnalist" Amed Dəclə İmamoğlunun İstanbul qələbəsinə belə dəstək verdi : "Afrinin qisası İstanbul oldu" - Afrin zəfərinin tarixi (Fotolar)

  • 15:08 - 24 İyun

İstanbul 23 iyunda seçkiyə getdi. AKP İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım və CHP İstanbul şəhər bələdiyyəsi sədrliyinə namizəd Əkrəm İmamoğlunun yarışdığı seçki başa çatdı. Qeyri-rəsmi rəqəmlərə görə, CHP-nin namizədi İmamoğlu 54%, AKP-nin namizədi Yıldırım 45% səs alıb.

Avropa.info xəbər verir ki, İmamoğlunun seçkini udmasından sonra Millət İttifaqı tərəfdarları qələbəni qeyd edərkən, PKK terror təşkilatının “jurnalist” kadrosunun tanınmış üzvlərindən olan Amed Dəclənin “Twitter” hesabında etdiyi paylaşım diqqət çəkib. Amed Dəclə Türkiyədə terror fəaliyyətinə görə axtarışdadır və Danimarkada yaşayır.

Dəclə İstanbul bələdiyyə seçkilərində Əkrəm İmamoğlunun qələbə çalmasını “Afrinin bədəli ” adlandırıb.

2019-06-24_09h14_21

 

Jurnalistin nəzərdə tutduğu Afrin bölgəsi terror təşkilatı PKK-nın Suriya qolu PYD-tərəfindən işğal olunmuşdu.

Afrin bölgəsindəki PYD/YPG terror təşkilatı Türkiyəyə və “Fərat qalxanı” əməliyyatı bölgəsinə mütəmadi olaraq atəş açırdı. Prezident Ərdoğanın əmri ilə Türkiyə Silahlı Qüvvələri 2018-ci ilin 20 yanvarında Afrində “Zeytun budağı” hərəkatını başlatdı. 

Əməliyyatda Suriya müxalifətindən təşkil olunmuş Azad Suriya Ordusu TSQ-ya  dəstək vermişdi.

TSQ Burseya dağının nəzarətini ələ keçirdi. Beləliklə, əməliyyatda vacib mərhələ arxada qaldı və Afrinə çatmaq üçün 13 km məsafə qaldı. 3 martda isə xeyli sayda terrorçuya sığınacaq verən və Afrinə gedən yolda vacib mövqeyə malik Racu bölgəsi nəzarət altına alındı. 

73

Cəndəris, Qurd dağı, Halobu, Şavarighat və Məlkiyə kəndlərinin 8 martda PYD-dən alınması ilə sərhəd təhlükəsizliyinin təşkil olunmasının vacib mərhələsi geridə qaldı.

Bu kəndlərin nəzarət altına alınmasından sonra Afrinin mərkəzinə doğru əməliyyat başladı. Bu çərçivədə aparılan fəaliyyət nəticəsində bütün qüvvələr 2018-ci ilin 18 martında Afrinin şimalında birləşdi.

2_94

Çanaqqala zəfərinin 103-cü ildönümündə 2018-ci il 18 mart Afrin nəzarətə götürüldü.

Ümumilikdə 2 min kvadrat km-lik ərazini nəzarətə götürən “Zeytun budağı” əməliyyatında TSQ-dan 55 hərbçi, ASO-dan 398 nəfər şəhid oldu. 

Rəsmi açıqlamaya görə, əməliyyat çərçivəsində 4500 terrorçu zərərsizləşdirilib. Əməliyyatın mülki əhaliyə xəsarət vurmadan uğura nail olmasında yerli və milli PUA-lardan istifadənin böyük təsiri oldu. 

1_92

Əməliyyat çərçivəsində terrorçuların döşədiyi mina və əldəqayırma partlayıcıların məhv edilməsində METİ, PMKİ və SAS komandaları iştirak edib. 

Daha əvvəl regiondan qaçmaq məcburiyyətində qalan suriyalılar təhlükəsizlik təmin olunduqdan sonra evlərinə qayıtmağa başladılar.

Avropa.info


Oxunma sayı: 6963

Oxşar yazılar